“Rum tərəfinin müzakirə masasındakı istəksizliyini ifadə etməkdə çətinlik çəkirəm”,M.Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Rum tərəfinin müzakirə masasındakı həvəssizliyini ifadə etməkdə çətinlik çəkdiyini söyləyib.

“Rum tərəfinin müzakirə masasındakı istəksizliyini ifadə etməkdə çətinlik çəkirəm”,M.Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı Rum tərəfinin müzakirə masasındakı həvəssizliyini ifadə etməkdə çətinlik çəkdiyini söyləyib.

Kıbrıs müzakirələri çərçivəsində Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı və Rum lider Nikos Anastasiadis ara bölgədə bir araya gəlib.

Görüşdə Türk tərəfinin müzakirəçisi Özdil Nami, Rum icmasının mükazirəçisi Andreas Mavroyannis, BMT baş katibinin Kıbrıs məsələsi üzrə xüsusi nümayəndəsi Yelizabet Spehar ilə digər rəsmilər iştirak edib.

Prezident Akıncı görüşdən sonra verdiyi açıqlamada Rum tərəfinin müzakirə masasında çox həvəssiz oturduqlarını, bunu başa düşməkdə çətinlik çəkdiyini söyləyib.

Rum lider Anastasiadisin görüşdə Türkiyənin keçən ay yayımladığı Ada ətrafındakı “3 Navtex”i (beynəlxalq sularda fəaliyyət hesabatı) gündəmə gətirdiyini bildirən Akıncı bu qərarın Rum tərəfinin birtərəfli olaraq təbii qaz axtarışına dair fəaliyyətlərlə birbaşa əlaqəli olduğunu xatırladıb.

Müzakirələrə 2015-ci ilin may ayında başlamazdan əvvəl Rum liderə Şərqi Aralıq dənizindəki araşdırmalardan imtina edilməsinin vacibliyini dilə gətirdiyini deyən Akıncı bildirib ki, bu məsələdə həmfikir olduğumuzu düşünürdük. Bu həmrəylik son vaxtlarda artıq yoxdur. İyulun əvvəlində yeni qazıntı işlərinin belə gündəmdə ola biləcəyindən danışılan bu şərtlərdə təbii ki, Kıbrıs Türk tərəfi də Türkiyə ilə birlikdə bu mövzudakı haqlarını qorumaq üçün vacib olan addımları atacaqdır.

Akıncı müzakirələr çərçivəsində may ayında da 3 yığıncaq keçirəcəklərini bildirib.

23 Aprel Uşaq Bayramı şənliklərində iştirak etmək üçün Türk tərəfinə keçmək istəyən Serb uşaqların deportasiya edilməsinə də toxunan Mustafa Akıncı bu mövqeyin etimadın itirilməsinə  səbəb olacağını söyləyib.



Әlaqәli Xәbәrlәr