Dəmeşqdə, Əsəd qüvvələriylə müxaliflər  arasında qarşıdurma baş verib

Suriyanın paytaxtı Dəmeşqin bəzi məhəllələrində ordu qüvvələriylə müxalif qruplar arasında şiddətli qarşıdurma baş verib.

Dəmeşqdə, Əsəd qüvvələriylə müxaliflər  arasında qarşıdurma baş verib

Məlumata görə, müxaliflərin sürpriz hücumu zamanı şəhər mərkəzinə top güllələri və raketlər düşüb. Suriya ordusu isə avia hücumlar ilə müxaliflərə cavab verib.

Bölgə mənbələrindən əldə edilən məlumata görə müxaliflər Cobar bölgəsində ordu mövqelərinə hücum əvvəli, bomba yerləşdirilmiş iki avtomobili partladıblar.

Suriya dövlət mediası, hücumda Cobardaki gizli tunellərdən istifadə edildiyini bildirib.

Qeyd edək ki, Dəmuşqdə müxaliflərin nəzarət etdiyi az sayda bölgə var. Cobar isə şəhər mərkəzinə ən yaxın qəsəbə hesab edilir. Qəsəbənin, bir hissəsinə nəzarət müxaliflər ilə terroristlərin, digər hissəsi isə ordunun əlindədir. Bu səbəbdən bütün qəsəbəyə nəzarəti ələ keçirmək üçün tərəflər arasında ilikdən bəri mübarizə davam edir.

Fransa xəbər agentliyi AFP-nin Dəmeşqdəki müxbiri, şəhərdəki partlayışlardan sonra ordunun strateji əhəmiyyətə sahib Abbasid meydanına uzanan yolları bağlandığını bildirib.



Әlaqәli Xәbәrlәr