Amerikalı hərbçilər ilə  Əfqan qüvvələr  arasında  qarşıdurma baş verib

Əfqanıstanın Helmand vilayətində, Əfqanıstanlı həbçinin, Amerika hərbi səlahiyyətlilərinə atəş açmasıyla tərəflər arasında baş verən qarşıdurmada bir Əfqanıstanlı əsgər həyatını itirib.

Amerikalı hərbçilər ilə  Əfqan qüvvələr  arasında  qarşıdurma baş verib

Helmand Qubernatorluğu sözçüsü Ömər Zuvakın məlumatına görə xüsusi təyinatlı Əfdanıstanlı hərbçi Şorab rayonundakı hərbi bazada Amerikalı hərbi məsləhətçilərə atəş açıb. Hadisə nəticəsində baş verən qarşıdurma nəticəsində bir Əfqanlı əsgər ölüb, 3 Amerikalı da yaralanıb. Hadisə ilə əlaqəli istintaq başladılıb.

Helmanddaki 215-ci Mayvand Komandirliyinin Mətbuat müşaviri Muhammad Rasul Zazey, Əfqan hərbçinin Amerikalılara səhvən atəş açdığı ethimalının araşdırıldığını bildirib.

Qeyd edək ki, 2016-cı ildə 100-dən çox Amerikalı hərbi səlahiyyətli Əfqan qüvvələrinin təlim keçmələrinə dəstək məqsədiylə Helmand vilayətində yerləşdirilib.



Әlaqәli Xәbәrlәr