Suriya  Azad Ordusu Əl-Babın mərkəzinə nəzarəti ələ keçirib

Türk Silahlı Qüvvətləri (TSQ)-nin dəstək verdiyi Suriya Azad Ordusu, ölkənin şimalındakı Əl Bab qəsəbəsinin mərkəzinə nəzarəti ələ keçirib.

678786
Suriya  Azad Ordusu Əl-Babın mərkəzinə nəzarəti ələ keçirib

Əl Bab-ın bütün ərazilərini terror təşkilatı DEAŞ-dan təmizləyən TSQ-nin dəstək verdiyi Suriya Adazad ordusu, terror təşkilatının yerləşdirdiyi minaları təmizləyir.

Əl Baba istiqamətli əməliyyatda iştirak edən Əhməd əl-Səhabi verdiyi açıqlamada Bab şəhər mərkəzinə nəzarətin müxalif qüvvələrdə olduğunu, mina və patlayıcıları təmizliməkdə davam etdiklərini bildirib.

Qeyd  edək ki, TSQ və Suriya Adazad Ordusu, 24 Avqustda başlayan Fərat Qalxanı Hərəkatında Azez-Cerablus arasındakı ərazini terror təşkilatlarından təmizlədikdən sonra, dekabr ayının ilk həftəsində Əl Baba istiqamətlənmişdi.

Fərat Qalxanı əməliyyatı çərçivəsində hərbiçilər, qəsəbə mərkəzinə təcili daxil olmaq yerinə, terroristlərin müqavimətini sındırmaq üçün Babı mühasirəyə salmağı  seçərək  mərkəzə irəlilədilər. Bunu dinç sakinlərin ölmələrinin  qarşısını   almaq  üçün  etdilər. Əməliyyatın 184-cü gününə dək, 900 kvadrat kilometrdən çox ərazi terror təşkilatlarından təmizlənib.



Әlaqәli Xәbәrlәr