Kıbrıs xәritәlәri BMT-yә tәqdim edilib

BMT-nin Cenevrədәki qәrargahında davam edәn Kıbrıs üzrә  danışıqlar  çәrçivәsindә tərəflər xəritələrini təqdim ediblər.

Kıbrıs xәritәlәri  BMT-yә tәqdim edilib

Tәrәflәrin  tәqdim etdiklәri  xәritәlәr  qurumun xüsusi kassasında saxlanılıb.

Müzakirәlәrin son günündә Şimali Kıbrıs Türk Cümhuriyyәtinin prezidenti Mustafa Akıncı ilә Rum icmasının rәhbәri Nikos Anastasiadis öz xәritәlәrini  BMT-yә tәqdim ediblәr.

Diplomatik mənbələrdən verilən məlumata görə, tәrәflәrin tәqdim etdiklәri xәritәlәr  BMT-nin mühafizәsi altına alınıb.

BMT Baş Katibinin Kıbrıs  üzrə xüsusi müşaviri Espen Bart Eide ötәn gün keçirdiyi mətbuat konfransında  tərəflərin öz xəritələrini təqdim edəcəklərini, onların BMT-nin mühafizəsi altında olacağını və ictimaiyyətə açıqlanmayacağını bildirmişdi.

Espen Bart Eide  bәzi media orqanlarında yayımlanan xәritәlәrin hәqiqәti әks etdirmәdiyini dә vurğulamışdı.



Әlaqәli Xәbәrlәr