İraqın Müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

İraqın Müdafiə naziri Xalid əl-Ubeydi haqqında Milli Məclisə verilən ittihamnamənin qəbul edilməsindən sonra nazir vəzifəsindən uzaqlaşdırılıb.

559524
İraqın Müdafiə naziri vəzifəsindən kənarlaşdırılıb

İraqın Müdafiə naziri Xalid əl-Ubeydi haqqında Milli Məclisə verilən ittihamnamənin qəbul edilməsindən sonra nazir vəzifəsindən uzaqlaşdırılıb.

İraq dövlət televiziyasının xəbərinə görə, Məclisdə təşkil edilən iclasda iştirak edən 262 deputatdan 142-sinin onun vəzifədən getməsi istiqamətində səsverməsi ilə Xalid əl-Ubeydi nazirlik postu ilə vidalaşıb.

Bu qərardan sonra Xalid əl-Ubeydi isə verdiyi açıqlamada bunları bildirib: “Sonunda İraqı bu vəziyyətə salanlar qələbə qazandı. Xalq və ordu məni bağışlasın. Korrupsiya ilə mübarizə aparmağa çalışdım, ancaq görünür ki, rüşvət alanları bəsləyənlər daha güclü, səsləri isə daha gurdur”.

Həmişə İraq ordusunun nümayəndəsi olaraq qalacağını qeyd edən Ubeydi onun nazirlikdən getməsi məsələsinin lehinə səs verənlərə təşəkkürünü bildirib.

Xatırladaq ki, İraq Milli Məclisində üç gün əvvəl təşkil edilən iclasda səsvermədə iştirak edənlərin sayı qənaətbəxş olmadığı üçün Ubeydinin nazirlikdən uzaqlaşdılırması məsələsi müvəffəqiyyətsizliklə nəticələnmişdi.

Hazırda İraq Məclisində bütün nazirlər üçün ayrı-ayrılıqda etimad səsverməsi keçirilir.

Daxili nizamnaməyə əsasən, 328 millət vəkili olan Milli məclisdə bir nazirin etimad almağı üçün onun 165 deputatın “səsini qazanması” lazımdır.



Әlaqәli Xәbәrlәr