“Şimali Kıbrıs Türk Cümhuriyyətinin və Türk xalqının haqları hər zaman qorunacaq”, M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanallarından birində canlı yayımda Şərqi Aralıq dənizində təbii qaz axtarış fəaliyyətlərini qiymətləndirib.

“Şimali Kıbrıs Türk Cümhuriyyətinin və Türk xalqının haqları hər zaman qorunacaq”, M.Çavuşoğlu

Türkiyə Şimali Kıbrıs Türk Cümhuriyyətinin və Türk xalqının haqlarını hər zaman qoruyacaq.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu özəl televiziya kanallarından birində canlı yayımda Şərqi Aralıq dənizində təbii qaz axtarış fəaliyyətlərini qiymətləndirərkən dedi.  

Fatih qazma gəmisinin fəaliyyətlərə başladığını vurğulayan Çavuşoğlu “Adanın ətrafında neft və qaz ehtiyatlarının olduğu söylənir. Bizim dədiyimiz hər iki xalq da haqqını alsın, amma bunu (Rum icması) edə bilmərik deyir. İctimaiyyətin təzyiqini bəhanə kimi irəli sürürlər. Bizim istəyimiz tamamilə qanunidir. Kıbrıs Türk xalqının haqları zəmanət altına alınsın” dedi.

Kıbrıs Rum icmasının Şərqi Aralıq dənizində təktərəfli qaz axtarma təşəbbüsünə toxunan Çavuşoğlu təbii qaz çıxarılacağı təqdirdə Avropaya Türkiyə üzərindən getməyi müddətcə bu qazın çıxarılmasının bir mənasının olmayacağını qeyd etdi.

Çavuşoğlu Şərqi Aralıq dənizində təbii qaz çıxarılacağı və Türkiyə üzərindən Avropaya çatdırılacağ təqdirdə hər kəsin qazanacağını söylədi.

Türkiyənin Şimali Kıbrıs Türk Cümhuriyyətinin və Türk xalqının haqlarını hər zaman qoruyacağını vurğulayan Çavuşoğlu Rum tərəfinin “Türk əsgərinin Adadan çıxması” kimi düşüncələrdən əl çəkməsinin vacibliyini dilə gətirdi.



Әlaqәli Xәbәrlәr