Avropa İttifaqı Səudiyyə Ərəbistanının 18 rəsmisinə sanksiya tətbiq edəcək

Jurnalist Camal Xaşoqcinin öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Avropa İtifaqına üzv dövlətlərə, o cümlədən Almaniyaya səfəri qadağan edilib.

1090902

Bununla bağlı məlumatı Almaniyanın xarici işlər naziri Hayko Maas verib.

Maas cinayətlə əlaqəli ola biləcəyi şübhəsilə Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Almaniyaya səyahətinin qadağan olunduğunu bildirdi.  

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın siyahıda yer almadığına diqqət çəkildi.

Maas  alman hökumətinin Xaşoqci cinayəti mövzusunda Fransa və İngiltərə ilə yaxın əlaqədə olduğunu və bununla bağlı başqa addımlar da atıla biləcəyini ifadə edib.

Almaniyanın məxfilik qanunları səbəb kimi irəli sürülərək səyahət qadağısı qoyulan şəxslərin adları açıqlanmayıb.

Bir müddət əvvəl Almaniyanın Kansleri Angela Merkel indiki şəraitdə Səudiyyə Ərəbistanına silah ixrac etmələrinin mümkün olmadığını bildirmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşoqci bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmayıb.

Әlaqәli Xәbәrlәr