ABŞ Dövlət Departamentinin “Ağ dəbilqəlilər” təşkilatı ilə əlaqəli açıqlaması

ABŞ Dövlət Departamenti Suriyada Əsəd rejimi və Rusiyanın “Ağ dəbilqəlilər” adı ilə tanınmış mülki müdafiə və humanitar yardım təşkilatlarını ciddi dəzinformasiya kampaniyası ilə ittiham edərək, könüllülərini təhlükəyə atdığını bildirdi.

ABŞ Dövlət Departamentinin “Ağ dəbilqəlilər” təşkilatı ilə əlaqəli açıqlaması

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert Suriyada Əsəd rejimi və Rusiyanın “Ağ dəbilqəlilər” adı ilə tanınmış mülki müdafiə və humanitar yardım təşkilatlarını ciddi dəzinformasiya kampaniyası ilə ittiham edərək, könüllülərini təhlükəyə atdığını bildirdi.

Sözçü mətbuat konfransında jurnalistlərin sualları qarşısında deyib: “Ağ dəbilqəlilər” minlərlə insanın həyatını xilas etdi və etməkdə davam edən humanitar bir yardım təşkilatıdır. Əksəriyyətinizin məlumudur ki, onlar fəaliyyətlər aparır və bu fəaliyyətlərini davam etdirirlər. ABŞ və beynəlxalq ictimaiyyət “Ağ dəbilqəlilərin” qəhrəmanlıq fəaliyyətlərini dəstəkləməkdə davam edəcək”.

Qeyd edək ki, Rusiya və Əsəd rejimi Suriyada edilən kimyəvi hücumların “Ağ dəbilqəlilər” tərəfindən hazırlandığını iddia etdi, ən son rejim qüvvələri tərəfindən İdlib şəhərinə edilən hava hücumları səbəbindən bölgəyə yardım üçün gedən xilaskarlıq könüllülərini bombaladı.



Әlaqәli Xәbәrlәr