• Video Qalereya

2013-cü ildə Reyhanlıda törədilən terrorunun təşkilatçısı tutuldu

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda tördəlmiş terror hücumunun təşkilatçısı terrorçu Yusuf Nazik saxlanılıb.

reyhanli saldiri.jpg
reyhanli saldiri.jpg

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda tördəlmiş terror hücumunun təşkilatçısı terrorçu Yusuf Nazik saxlanılıb.

Türkiyə kəşfiyyatının Suriya ərazisində xüsusi əməliyyatı nəticəsində terrorçu Yusuf Nazik Suriyanın Latakiya şəhərində ələ keçirilərək ölkəyə gətirilib.

Yusuf Nazik terror aktını Suriya kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyini etiraf edib: “Suriya dövlətinə də səslənirəm, Türkiyə dövləti çox böyükdür, bunun cavabı əlbət bir gün sizə veriləcək”.

Terrorçu həmçinin Reyhanlıdakı terror aktında rol götürdüyü məlum olan Mukavəkə Suriyanın dırnaqarası lideri Mihraç Ural barəsində də təfərruatlı məmulat verib.

Terror aktında iştirak edən digər fərari şübhəliləri təslim olmağa çağıran terrorçu  istintaqında Antakyada anadan olduğunu bildirərək ailəsi barədə məlumat verdiktən sonra Reyhanlıdakı xain hücumu yoldaşları ilə Suriya kəşfiyyatının əmrilə həyata keçirdiklərini ətiraf etdi.

“Türkiyə dövlətindən qaça bilmədim, peşmanam. Məni Suriyada yaxalayıb gətirdilər. Suriyadakı yoldaşlarıma səslənirəm; yol yaxınkən qayıdın, Türkiyə dövləti bizə yiyə durar, öz dövlətimiz bizə yiyə durar. Suriya dövlətinə də səslənirəm, Türkiyə dövləti çox böyükdür, bunun cavabı əlbət veriləcək” ifadələrini işlədib.

Ədliyyə naziri Əbdulhəmit Gül Reyhanlı terror aktının təşkilatçısı  Yusuf Naziyin yaxalanması ilə əlaqəli deyib ki, uğurlu əməliyyat həyata keçirildi. Dövlətimiz günahkarın harda olmasından asılı olmayaraq, hansı terror təşkilatı isə, axıradək əlbəttə təqib edəcək və müstəqil məhkəmədə  haqq edənədək haqq etdiyi cəzanı verəcəkdir.



Әlaqәli Xәbәrlәr