• Video Qalereya

ABŞ Felestin Azadlıq Teşkilatının ofisini rəsmi olaraq bağladı

ABŞ bu qərarı dəqiq təhlildən sonra qəbul edib.

ABŞ Felestin Azadlıq Teşkilatının ofisini rəsmi olaraq bağladı

ABŞ Felestin Azadlıq Teşkilatının ofisini bağladı.

Bununla bağlı məlumat ABŞ Dövlət Departamenti tərəfindən yayıldı.

Məlumatda qeyd edilir ki, administrasiya bu qərarı dəqiq təhlildən sonra qəbul edib. Bununla yanaşı, qeyd olunur ki, Dövlət Departamenti iki tərəf arasında danışıqlar yolu ilə sülhün əldə olunması üçün səylərdən imtina etmir.

Açıqlamada ABŞ Dövlət Departamentinin sözçüsü Hizert Noyertin bildirib ki, Fələstin Azadlıq Təşkilatının Vaşinqtondakı ofisinin açılmasına 2017-ci ilin noyabr ayında İsrail və Fələstin arasındakı sülh müzakirələrinə dəstək olmaq məqsədilə icazə vərildi. Lakin Fələstin Azadlıq Təşkilatı İsrail ilə ciddi bir razılıq əldə olunması üçün birbaşa təşəbbüs qaldırmadı. Əksinə bu təşkilat heç görmədiyi və əlaqə saxlamadığı halda ABŞ-ın sülh planını qınadı. İdarə Konqresin narahatlığı çərçivəsində hazırda Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisini bağlama qərarına gəldi. ABŞ addım atmağın yolunun iki tərəfin də birbaşa bazarlıq etməsindən asılı olduğunu düşünür. Bu qərar sülh müqaviləsinə aparacaq addımlardan uzaqlaşdırmağı hədəf götürən şəxslər tərəfindən sui-istifadə edilməməlidir. Biz daimi sülhün yaranması cəhdlərindən geri addım atmayacağıq.

ABŞ Dövlət Departamentinin Fələstin Azadlıq Təşkilatı ofisinin bir ay ərzində boşaldılmasını istədiyi bildirilib.

ABŞ rəhbərliyi son olaraq BMT Fələstinli Qaçqınlar Yardım Agentliyinə maliyyə yardımlarını tamamilə dayandırma qərarına gəlmişdi.



Әlaqәli Xәbәrlәr