Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın hava hücumlarında 17 nəfər yaralandı

Suriyada Bəşər Əsəd rejimi və Rusiyanın ölkənin şimal-qərbindəki İdlib və mərkəzi bölgələrində yerləşən Həma vilayətlərində həyata keçirdiyi hava hücumlarında 17 nəfər yaralanıb.

Yerli mənbələrdən əldə edilən məlumata görə, Rusiya və Əsəd rejiminə məxsus döyüş təyyarələrilə rejimin helikopterləri səhər radələrindən etibarən İdlibin cənubundakı Habit, Cercenaz, Hiş, Temenia və Həmanın Latamne bölgələri hava hücumları ilə vurur. Hücum nəticəsində 17 dinc vətəndaş yaralandı.

Yaralananlar arasında Cercenaz  bölgəsində məktəblərdən birinə edilən hücumda yaralanan 2 uşaq da var.

Mülki Müdafiə (Ağ dəbilqəlilər) təşkilatının müdiri Mustafa Hac Yusif “Səhər radələrindən bəridir həyata keçirilən hava əməliyyatlarında əksəriyyəti qadın və uşaq 17 dinc vətəndaş yaralandı” deyib.

Suriyada döyüş təyyarələri və helikopterlərin hava hücumları davam edir.

Mülki müdafiə mənbələrinə görə, bu ayın əvvəlindən etibarən İdlibin qərbi, cənub-qərbi və Həmanın şimalına edilən hava və qurudan edilən hücumlarda 29 dinc vətəndaş həyatını itirdi, azı 71 nəfər yaralandı.

Həmin müddətdə Həmanın şimalından Keferzita bölgəsində bir mülki müdafiə mərkəzilə Haskəndindəki yəraltı xəstəxanası və Həma ərazilərindəki Latamne yaşayış yərində bir xəstəxana hava hücumlarında sıradan çıxıb.

Әlaqәli Xәbәrlәr