Türkiyə Suriyanın İdlib bölgəsinə hücumların səhv olduğunu Rusiyaya bildirdi

Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Suriyanın İdlib bölgəsinə istiqamətli hücumların düzgün olmadığını Rusıysya bildirdiklərini söylədi.

1043971
Türkiyə Suriyanın İdlib bölgəsinə hücumların səhv olduğunu Rusiyaya bildirdi

Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Suriyanın İdlib bölgəsinə istiqamətli hücumların düzgün olmadığını Rusiyaya bildirdiklərini söylədi.

Çavuşoğlu, paytaxt Ankarada səfərd' olan alman həmkarı Heiko Maas ilə bir araya gəldi.

İki nazir daha sonra birgə mətbuat konfransı təşkil etdi.

İki gündür İdlib bölgəsində təşkil edilən hücumların bu bölgənin ələ keçirilməsinə istiqamətli olduğuna diqqət çəkən Çavuşoğlu, atəşkəs üçün səy göstərdiklərini söylədi.

Cümə günü İranın paytaxtı Tehranda təşkil ediləcək  üçtərəfli görüşdən əvvəl rus rəsmilərə İdlibə edilən hücumun düzgün olmadığını bildirdiklərini qeyd edən nazir Çavuşoğlu "İdlib əməliyyatı bir fəlakət olar" dedi.

Qonaq nazir Maas isə Türkiyənin İdlib mövzusundakı narahatlıqlarında haqlı olduğunu vurğuladı.

Regionda bir insani fəlakətin qarşısının alınmasının vacibliyini dilə gətirən Maas Tehran zirvəsinə dəstək verdiklərini bildirdi.

Qeyd edək ki, Tehran zirvəsində prezident Rəcəb Tayyib Ərdoğan, ev sahibi Həsən Ruhani və Vladimir Putin ilə başda İdlib olmaqla Suriyadakı hadisələr müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr