“Litva Türkiyəni əhəmiyyətli tərəfdaş kimi görür”, L. Linkevicius

Litvalılar Türkiyəni əhəmiyyətli bir tətil mərkəzi kimi görür.

1039138
“Litva Türkiyəni əhəmiyyətli tərəfdaş kimi görür”, L. Linkevicius

Litvalılar Türkiyəni əhəmiyyətli bir tətil mərkəzi kimi görür.

Bunu Litvanın Xarici İşlər naziri Linas Linkevicius ölkəsində rəsmi səfərdə olan Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra təşkil etdiyi mətbuat konfransında deyib.

Türkiyəli həmkarını ölkəsində qonaq etməkdən məmnunluq duyduğunu ifadə edən Linkevicius iki ölkə arasındakı əlaqələrin ənənəvi dostluq olduğunu vurğulayıb.

Linkevicius Suriya böhranı da daxil olmaqla regional problemləri Çavuşoğlu ilə müzakirə etdiklərini deyib: biz Türkiyəni çox əhəmiyyətli bir tərəfdaş kimi görürük. Türkiyə, NATO-nun əhəmiyyətli bir üzvüdür”.

Mətbuata açıqlamasında Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələrinə də toxunan Linkevicius Türkiyə ilə İttifaq arasındakı dialoqun qarşılıqlı etimada söykənən atmosferdə irəliləməsini dilədiklərini ifadə edib.

Linkevicius ölkəsinin Türkiyənin Aİ-na üzvlüyünü dəstəkləyib dəstəkləməyəcəyinə dair suala "Türkiyənin bölgədə əhəmiyyətli bir ölkə olduğuna inanırıq. Türkiyə NATO-nun bir üzvü və Avropa İttifaqına tamhüquqlu üzvlük üçün namizəd ölkə. Biz (Türkiyə ilə) birbaşa ünsiyyət saxlamağın çox əhəmiyyətli olduğunu düşünürük" deyə cavab verib.

Nazir Linkevicius Türkiyədə daha əvvəl rəsmi səfərdə olduğunu və bunun davam edəcəyini vurğulayaraq "Türkiyə ilə əlaqələrimizin dostluq əsasında davam edəcəyini düşünürəm. Türkiyə ilə səmimi bir diyaloğumuz var" deyə bildirib.

Türkiyəni beynəlxalq təşkilatlar daxil daim dəstəkləyəcəklərini qeyd edən Linkevicius "Türkiyənin daim səmimi tərəfdaş olduğunu düşünürəm" deyib.

Yığıncaq çərçivəsində Türkiyə ilə Litva arasında "Sərmayə qoyuluşunun qarşılıqlı təşviqi və müdafiəsi haqqında saziş" imzalanıb.



Әlaqәli Xәbәrlәr