Kipr Sülh Hərəkatına gedən yolda prioritet diplomatiya oldu

Türkiyə Kipr Sülh Hərəkatından əvvəl beynəlxalq müqavilələr çərçivəsində zəmanətçi ölkələr və adadakı liderlərin timsalında diplomatik təşəbbüslərə üstünlük verdi.

1015783
Kipr Sülh Hərəkatına gedən yolda prioritet diplomatiya oldu

Türkiyə Kipr Sülh Hərəkatından əvvəl beynəlxalq müqavilələr çərçivəsində zəmanətçi ölkələr və adadakı liderlərin timsalında diplomatik təşəbbüslərə üstünlük verdi.

  Türkiyə Kipr xalqını azadlıq, sülh və rifaha qovuşdurmaq məqsədilə 44 il əvvəl başladığı Kipr Sülh Hərəkatına gedən prosesdə beynəlxalq müqavilələr çərçivəsində zəmanətçi  ölkələrin və adadakı liderlərin timsalında diplomatik təşəbbüslərə üstünlük verdi.

 Diplomatik səylərin qarşılıqsız qalmasından sonra Türkiyə Silahlı Qüvvələri  tərəfindən 20 iyul 1974-cü ildə başlanan əməliyyat adaya sülh gətirdi.

Hərəkatdan əvvəl Kiprdəki vəziyyət

Türkiyə və Yunanıstanın 11 fevral 1959-cu ildə qəbul etdiyi, İngiltərə və Kiprdəki iki icmanın liderlərinin də razılıq verdiyi Sürix və London müqavilələri müstəqillik, iki cəmiyyətin tərəfdaşlığı, ictimai sahədə muxtariyyət və həllin Türkiyə, Yunanıstan və İngiltərə tərəfindən fəal zəmanəti prinsiplərinə əsaslanırdı.

 Adanın iki xalqı arasında tərəfdaşlığın təməlini əsas alan beynəlxalq müqavilələrə görə, 1960-cı ildə "Kipr Respublikası" quruldu və konstitusiyada adadakı Türk və rum xalqlarına bərabər siyasi hüquq və statuslar verildi.

 Buna qarşı olaraq Kiprin rum tərəfi Kipr Türklərini dövlət qurumlarından kənarlaşdırma, təcrid etmə, adadakı varlıqlarını bitirmə və Yunanıstan ilə birləşmə (Enosis) yolunu açmaq istiqamətində cəhdlər göstərdi.

 Kipr Respublikası kiprli rumların 1963-cü ildə birtərəfli güc tətbiqi ilə konstitusiyanı ləğv etmələrindən sonra ortadan qalxdı.

 Enosis hədəfinə çata bilmək üçün silahlanan rumlar Yunanıstan ilə 1974-cü ilədək  Kipr Türklərinə qarşı hücum, təzyiq və zülmü artırdılar.

 

Hərəkatı labüdləşdirən proses

Kipr Türklərinin 1960-cı ildə qurulan tərəfdaşlıq dövlətinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra Kipr rumlarının arasında fikir müxtəlifliyi yarandı.

 EOKA nümayəndələri arasında ortaya çıxmağa başlayan fikir müxtəlifliyi Türkiyənin müdaxiləsindən çəkinən və Türkləri iqtisadi yolla məğlub etməyə üstünlük verən rum lideri Makarios və sürətli nəticə alınmasını arzulayan keçmiş xuntaçılardan ibarət EOKA-B nümayəndələrinin qarşı-qarşıya gəlməsinə səbəb oldu.

Rum xuntasının dəstəyi ilə 15 iyul 1974-cü ildə EOKA lideri Nikos Sampson adanı Yunanıstana birləşdirmək məqsədilə Makariosa qarşı çevriliş edərək hakimiyyəti qısa müddətə ələ keçirdi və beləliklə, Kiprin suverenliyinə və ərazi bütövlüyünə qəsd edildi.

 

Türkiyənin hərəkata başlamazdan əvvəlki diplomatik cəhdləri

 Türkiyə 1960-cı il Zəmanət Müqaviləsi çərçivəsindəki öhdəliklərini yerinə yetirmək üçün təşəbbüs göstərdi.

 Bu çərçivədə 17-18 iyul 1974-cü ildə İngiltərə ilə Türkiyə arasında dövlət çevrilişindən sonra atılacaq addımlara qarşı Londonda məsləhətləşmələr keçirildi. Sözügedən məsləhətləşmələrə zəmanətçi dövlət kimi Yunanıstan da dəvət edildi, lakin Yunanıstandakı xunta rəhbərliyi danışıqlara qatılmadı.

 Dövrün Baş naziri Bülənd Ecevit ilə İngiltərə Xarici İşlər naziri James Callaghan arasındakı görüşlərdə İngiltərəyə birgə müdaxilə təklifi edildi.

 Türkiyə İngiltərənin mənfi cavabından sonra Zəmanət Müqaviləsinə əsaslanaraq və adadakı Türklərin təhlükəsizliyini  nəzərə alaraq 20 iyul 1974-cü ildə Kipr Sülh Hərəkatına başladı.

 Beləliklə, Kiprin Yunanıstana ilhaqının qarşısı alındı və Kipr Türk xalqının təhlükəsizliyi təmin edildi.

 Türk Sülh Hərəkatı eyni zamanda Yunanıstanda xunta üsul-idarəsinin də sonu oldu və ölkəyə demokratiya gətirdi.

 

Hərəkatın ikinci mərhələsindən əvvəl də diplomatik səylər davam etdi

 Türkiyə 20 iyul 1974-cü ildə Birləşmiş Millətlər TəşkilatınınTəhlükəsizlik Şurasının 353 saylı qərarı ilə İngiltərə və Yunanıstanı sülhün yenidən bərqərar olmasını təmin etmək üçün danışıqlara başlamağa çağırdı.

 Bundan sonra üç zəmanətçi ölkə 25-30 iyul 1974-cü ildə Cenevrədə toplantılar keçiridi və bu  ölkənin xarici işlər nazirləri 30 iyul 1974-ci il tarixli Cenevrə Bəyannaməsini imzaladılar.

 Sözügedən bəyannamədə Yunanıstan və kiprli rumlar tərəfindən işğal edilən Türk anklavlarının təcili surətdə boşaldılması və adada sülhün və konstitusion quruluşun bərqərar olunması üçün xarici işlər nazirləri arasında danışıqların davam etdirilməsi nəzərdə tutulurdu.

Bəyannamə ilə adada Kipr Türk icması və Kipr rum icması olmaqla, iki muxtar hakimiyyətin mövcudluğu prinsipial olaraq tanındı.

Konfransın 9 avqustda başlayan ikinci mərhələsində Yunanıstan adada yeni konstitusion quruluşun yaradılması ilə bağlı bütün təklifləri rədd etdi və konstitusiyaya ilə əlaqədar razılaşma üçün Türkiyə qoşunlarının geri çəkilməsini ön şərt kimi irəli sürdü.

 Yunanıstanın "1960-cı ildə olduğu kimi təlqin edilən heç bir həlli qəbul etməyəcəyini" bildirməsindən sonra konfrans 14 avqustda nəticəsiz qaldı və Kipr Sülh Hərəkatının ikinci mərhələsi başladı.

 Hərəkatın uğurla nəticələnməsindən sonra 13 fevral 1975-ci ildə Kipr Türk Federasiyasıı Dövləti yaradıldı. Məclisdə qəbul edilən qərarla 15 noyabr 1983-cü ildə  Şimali Kipr Türk Respublikası (ŞKTR) quruldu.

 

Ankara – Nazlı Yüzbaşıoğlu

 

 



Әlaqәli Xәbәrlәr