TSQ Münbiçdə ABŞ ilə birgə nəzarət fəaliyyətləri aparır

Türkiyə Silahlı Qüvvələri (TSQ) “Fərat qalxanı” əməliyyatının aparıldığı sahə ilə Münbiç arasında qalan bölgədə TSQ və ABŞ Silahlı Qüvvələri ünsürlərinin müstəqil nəzarət fəaliyyətləri start götürüb.

994605
TSQ Münbiçdə ABŞ ilə birgə nəzarət fəaliyyətləri aparır

Türkiyə Silahlı Qüvvələri (TSQ) “Fərat qalxanı” əməliyyatının aparıldığı sahə ilə Münbiç arasında qalan bölgədə TSQ və ABŞ Silahlı Qüvvələri ünsürlərinin müstəqil nəzarət fəaliyyətlərinin başlandığını açıqladı.

TSQ “Fərat qalxanı” əməliyyat sahəsilə Münbiç arasında qalan xətdə TSQ və ABŞ Silahlı Qüvvələri müstəqil nəzarət fəaliyyətlərini başlatdı” açıqlamasını yaydı.

Açıqlamada bildirilib: “ TSQ ünsürləri Suriyanın şimalında terror təşkilatı YPG/PKK-nın işğalındakı Münbiçdə ABŞ ilə birgə nəzarət fəaliyyətləri aparır.

Münbiçdəki yerli mənbələrdən əldə edilən məlumata görə, TSQ-yə məxsus zirəhli vasitələr “Fərat qalxanı” əməliyyatının aparıldığı bölgədəki Cerablus qəsəbəsilə Münbiç cəbhə xəttini bir-birindən ayıran Sacu çayının ətrafına daxil oldu.

TSQ və ABŞ ünsürləri bu bölgədə ABŞ hərbi bazasının da yerləşdiyi Dadat qəsəbəsi qarşısında ortaq nəzarət-koordinasiya fəaliyyəti apardı.

Həmin fəaliyyət 3 saata yaxın davam etdi.



Әlaqәli Xәbәrlәr