İmmiqrantları daşıyan gəmi batıb

Qeyri-qanuni yollarla Avropa ölkələrinə getmək istəyən immiqrantları daşıyan gəminin aşması nəticəsində üç nəfər həyatını itirib.

İmmiqrantları daşıyan gəmi batıb

İnformasiya agentliyi MAP-ın xəbərinə görə miqrantları daşıyan gəmi Mərakeşin Atlantika sahilində yerləşən Al-Arais şəhərinin yaxınında batıb. 40 nəfərin xilas edildiyi qəza nəticəsində 3 nəfər ölüb. Yaralılar isə xəstəxanalara yerləşdirilib. Qəza ilə əlaqəli istintaq başladılıb.



Әlaqәli Xәbәrlәr