Türkiyənin demokratik dövlət quruluşu dünyada nümunədir

"Türkiyə Cümhuriyyəti sahib olduğu demokratiya mədəniyyəti, hüquqi dövləti, vətəndaşları inteqrasiya olunmuş gücü və təcrübəsi sayəsində 21-ci əsrə də damğasını vuracaq",B.Yıldırım.

836180
Türkiyənin demokratik dövlət quruluşu dünyada nümunədir
basbakan.jpg

  Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman 29 Oktyabr Cümhuriyyət Bayramının 94-cü ildönümü münasibətilə təbrik edib.  

  İ.Kahraman təbrik mesajında bildirib: "İnkişaf edərək möhkəmlənməyə davam edən dövlətimiz bu gün yenə də dünyanın güclü və hörmətli dövlətlərindən biridir. Türkiyənin demokratik dövlət quruluşu dünyada nümunədir. Mənəvi və milli dəyərlərə bağlı insanlarımızın birlikdə sülh içində yaşadığı Türkiyə Cümhuriyyətində hər çətinliyin öhdəsindən gələ bilirik. Yüksək ruhlu kökümüzə bağlı qalaraq, mənəvi və milli kimliyimizi mühafizə edərək, sabitliyimizi qoruyub saxlayaraq müasir mədəniyyətlər səviyyəsindən də irəli gedəcəyik".

  Türkiyənin Baş naziri Binəli İldırım da 29 Oktyabr Cümhuriyyət Bayramı mesajı paylaşaraq bildirib: “Birliyimizə, bərabərliyimizə, qardaşlığımıza, vətənimizə, istiqlaliyyətimizə, gələcəyimizə qarşı yönələn hər cür terror fəaliyyəti, çevriliş cəhdi, maliyyə və media hücumu hədəfinə heç vaxt çatmayacaq. Millətimizin birlik ruhu fəsad mərkəzlərinin bütün hiylələrini başlarına yıxacaq. Türkiyə Cümhuriyyəti sahib olduğu demokratiya mədəniyyəti, hüquqi dövləti, vətəndaşları inteqrasiya olunmuş gücü və təcrübəsi sayəsində 21-ci əsrə də damğasını vuracaq".



Әlaqәli Xәbәrlәr