“Türkiyənin səsi” Azərbaycan xanımlarını təbrik edir

TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyası və Azərbaycanın İctimai Radiosunun ortaq “Qorqud Ata” proqramı 8 ildir İctimai radionin FM dalğasından canlı olaraq yayımlanır.

687014
“Türkiyənin səsi” Azərbaycan xanımlarını təbrik edir

  Volter deyirdi ki, Allah kişiləri nizam-intizama salmaq üçün qadınları yaratdı. Bir az kobud səslənsə də, məncə, fikirin həqiqət payı az deyil. Adicə öz ətrafımıza baxsaq görəcəyik ki, həqiqətən də qadın birbaşa və ya dolayısıyla nəinki kişini, həm də uşağı, ana-atanı, bacı-qardaşı, ailəni, hər şeyi  nizam-intizama salmaq, sakitləşdirmək, şəkilləndirməklə məşğuldu. Bu yük nə qədər ağır olsa da, qadın bu işləri sevərək və fədakarcasına görür. Təmənnası isə yalnız və yalnız DİQQƏT və MƏHƏBBƏTdir.

  Allah qadınla kişi arasında, istəsələr də, istəməsələr də, qəribə bir bağ yaradıb: qadını qadın edən kişidir, kişini isə kişi edən qadındır.

  “Qadın bəşəriyyətin anasıdır” kəlamı da üstündən keçilən sözlər deyil. Çünki qadını sağlam olmayan, qadını yolunu azan olan cəmiyyətin mənəviyyatı sağlam ola bilməz! Buna görə həm kişilər, həm də dövlət qadınları qorumalıdır. Bəşəriyyətin xilası dövlət tərəfindən sosial təminatlı və azad düşüncəli qadınların əlindədir. Qadınlar nə qədər xoşbəxt olarsa, kişilər də o qədər xoşbəxt olar.

  Türkiyədə bu gün, yəni 8 Mart Qadınlar günü 10 ildir bayram olsa da, iş günüdür. Amma Azərbaycan və keçmiş sovet ölkələrinin hamısında istirahət günüdür.

  Əziz, fədakar xanımlar, TRT “Türkiyənin səsi” radiosu sizi ürəkdən təbrik edir, qadın səadəti, övlad sevinci arzulayır. Şəhid analarını da xüsusi təbrik edirik. Allah səbir versin sizə, ey başı uca analar!

 



Әlaqәli Xәbәrlәr