Çimərliklər hələ də doludur

Ramazan bayramı tətili bitdi, amma çimərliklər hələ də doludur.

528278
Çimərliklər hələ də doludur

Türkiyǝnin ən gözəl, ən təmiz çimərliklərinin yerləşdiyi Әgə bölgəsinin önəmli turizm mərkəzlərindən Kuşadası və Didim sahillərində Ramazan bayramı tətilinin başa çatmasına baxmayaraq hələ də xeyli insan var.

Kuşadasında yerli və xarici turistlər, “Qadınlar çimərliyi” başda olmaqla “Milli park”, “Sevgi” və “Kuştur” kimi çimərliklərə axışıb. Turizm mərkəzində xəyli sayda su parkı da diqqət mərkəzində olub.

Kuşadası Turizm Təbliğat Vəqfinin sədri Bülənd İlbaharın Anadolu xəbərlər agentliyinə verdiyi məlumata görə, 9 günlük Ramazan bayramı tətilində qəsəbədə gözlənilməyən turist axını olub.

Tətildən sonra da fəallığın davam etməsinin məmnuniyyət doğurduyunu bildirən İlbahar deyib ki, xüsusilə həftə içi olmasına baxmayaraq sahillərdəki fəallıq bizi məmnun edir. Səyahət gəmilərinin sayının artması da qəsəbəyə iqtisadi dəstək təmin edir. Yerli və xarici turistləri xoşbəxt etmək üçün əlimizdən gələni yerinə yetiririk.

Digər tərəfdən Didim qəsəbəsində də bayramdan sonra fəallıq müşahidə edilib. Qəsəbənin önəmli çimərliklərindən “Altınkum” sahili yerli və xarici turistlərlə dolub.



Әlaqәli Xәbәrlәr